“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun mükafatlandırma mərasimində iştirak etməyib.

"Unikal" xəbər verir ki, portuqaliyalı hücumçunun komandası həlledici görüşdə “Əl-Hilal”a 1:4 hesabı ilə uduzub. “Essentially Sports” yazıb ki, 39 yaşlı oyunçu matçın final fitindən sonra dərhal meydanı tərk edib və mükafatlandırma mərasiminə qayıtmayıb.

Qeyd edək ki, Ronaldo sözügedən görüşdə 1 qol vurub.