Xaçmazda minik avtomobili 28 yaşlı velosipedçini vuraraq xəsarət yetirib.

"Unikal"
ın Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinin mərkəzində, N.Nərimanov prospektində baş verib.

Belə ki, "Hyundai" markalı minik avtomobili velosipedçi, Qusar şəhər sakini 1996-cı il təvəllüdlü Erik Mikayılovu vurub. 

Yaralı xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca