Meksikada Miçoakan sivilizasiyasının qədim piramidası dağılıb.
"Unikal" xəbər verir ki, bu barədə “Hi-Tech” məlumat yayıb.
Təxminən 1100 yaşı olan piramida Paçkuaro gölünün şərq sahilində inşa edilib. O, (900 - 1530-cu il) ispan fatehlərinin gəlişinə qədər Purepeça İmperiyası tərəfindən idarə olunub.
Alimlər bir tərəfi dağılmış piramidanı Purepeça mədəniyyətinin ən yaxşı qorunan abidələrindən biri hesab edirdilər.
Mütəxəssislər bildiriblər ki, istilik və quraqlıq piramidada çatların əmələ gəlməsinə səbəb olub. Yağışlar zamanı su qədim tikiliyə daxil olub və onu qismən məhv edib.
Hələ də Meksikada yaşayan Purepeça xalqının nümayəndəsi bildirib ki, qədim insanlar piramidanın uçmasını pis əlamət hesab ediblər. Onların inancına görə bu, tanrıların öz narazılıqlarını göstərmək üçün bir yoldur.