Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub.
"Unikal" xəbər verir ki, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.
FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcək. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.
VAR-da almaniyalı Bastian Dankert, AVAR-da onun həmyerlisi Yohan Pfeyfer əyləşəcək.
Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda reallaşacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də gerçəkləşəcək.