İstanbulun Kağıthane səmtində sui-qəsd cəhdi baş verib. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs park edilmiş avtomobilə hücum edib. Susturuculu silahın istifadə edildiyi hücumda Fələstin əsilli, iş adamı A.K (30) həyatını itirib, fələstin əsilli F.M və A.K-nin mühafizəçisi E.K isə yaralanıb.

Polis qrupları hücumdan sonra hadisə yerindən qaçan şübhəlinin tutulması üçün əməliyyat başladıb. 

Gülayə Mecid