İkinci Dünya Müharibəsindən qalma və nasist Almaniyasının istifadə etdiyi partlayıcı maddələr səbəbindən Şimali İrlandiyada 400-dən çox ev boşaldılıb.
"Unikal" xəbər verir ki, Şimali İrlandiyanın Polis Xidməti Nyutaunardsda tikinti işləri zamanı tapılan partlayıcı ilə bağlı yazılı açıqlama verib.
Bildirilir ki, ərazidə bombanın zərərsizləşdirmə işlərinin davam edir. Bu səbəbdən 400 ev boşaldılıb.
Təxliyə edilən evlərə göndərilən məktublarda söküntü əməliyyatının 5 gün və ya daha çox davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edilib.