Çexiyanın Moskvadakı səfirliyinin əməkdaşı Yan Ondreykanın Rusiyaya qadağan olunmuş maddələri qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etməsi ilə bağlı cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin üçüncü Avropa departamentinin direktoru Oleq Tyapkin məlumat yayıb.
Onun sözlərinə görə, şübhəli şəxs artıq Rusiya ərazisini tərk edib.
İyulun sonunda Rusiya Xarici İşlər Nazirliyi Çexiyanın müvəqqəti işlər vəkilini çağırıb. Departament vurğulayıb ki, Çexiyanın Rusiyadakı səfirliyinin inzibati-texniki heyətinin üzvü tərəfindən Rusiya qanunvericiliyini kobud şəkildə pozması ilə bağlı diplomata sərt etiraz bildirilib. Rusiya Xarici İşlər Nazirliyi iddia edir ki, Çexiya səfirliyinin əməkdaşı güclü təsir göstərən maddələri qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd edib.
Gülayə Mecid