Rusiya prezidenti Vladimir Putinin Ukraynada nizamlanma ilə bağlı təklifləri qüvvədə qalır, lakin Kursk bölgəsində Ukrayna qüvvələrinin təxribatını nəzərə alaraq Moskva və Kiyev arasında danışıqlar mümkün deyil.
"Unikal" xəbər verir ki, bunu Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov Bakıda açıqlamasında deyib.
Rusiya Federasiyası Prezidentinin köməkçisinin sözlərinə görə, Putinin təklifləri ləğv edilməyib: "Lakin hazırda danışıqlar prosesinin olması tamamilə yersizdir".
Uşakov qeyd edib ki, mümkün danışıqların vaxtı vəziyyətdən, o cümlədən döyüş meydanından asılıdır.
Ağarza Elçinoğlu