Nərimanov rayonu ərazisində paytaxt sakini olan iki nəfər qadına məxsus 30 min manat nağd pul, 10 min manat dəyərində qızıl-zinət əşyaları və mobil telefonun oğurlanması barədə polisə müraciət daxil olub.
DİN-dən "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməllərini törətməkdə şübhəli bilinən Ş.Məmmədov və M.Quluzadə saxlanılıblar.
Faktlarla bağlı Nərimanov RPİ-də araşdırmalar davam etdirilir.