Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianı Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani bildirib. 

"Biz Putindən Pezeşkianın BRİKS sammitində iştirakı üçün rəsmi dəvət almışıq", - deyə iranlı diplomat qeyd edib. 

Bundan əvvəl məlum olub ki, Putin oktyabrda Kazanda keçiriləcək BRİKS sammiti çərçivəsində Pezeşkianla görüşə hazırlaşır.

Ağarza Elçinoğlu