Rusiya qoşunları Donetsk Xalq Respublikasında (Ukrayna - red.) böyük yaşayış məntəqələrindən birini nəzarətə götürüb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Aktiv hərəkətlər nəticəsində “Mərkəz” qoşun qruplaşmasının bölmələri Donetsk Xalq Respublikasının Artemovo şəhərinin Dzerjinsk aqlomerasiyasının iri yaşayış məntəqələrindən birini azad edib", - nazirliyin məlumatında deyilir.

Gülayə Mecid