Qırğızıstanın İssık-Kul bölgəsində leysan yağışlar səbəbindən fövqəladə vəziyyət yaranıb, nəticədə bir neçə yol bağlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilir ki, avqustun 18-də axşam saatlarında Ceti-Oğuz, Ak-Suu, İssık-Kul və Ton rayonlarında güclü leysan başlayıb və nəticədə bir sıra yollar su altında qalıb. Çayların məcralarından və kanallardan daşması təhlükəsi yaranıb. Nəticədə yerli hakimiyyət Nəqliyyat Nazirliyi ilə birlikdə Ceti-Oğuz və Ton rayonlarında fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib.