İraqın Terrorla Mübarizə Xidmətinin ölkə daxilində bir çox İŞİD sığınacaqlarını məhv etdiyi açıqlanıb. 

"Unikal" xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Diyalə və Səlahəddin vilayətləri ilə Tərmiyə bölgəsində həyata keçirdikləri əməliyyatlarda İŞİD-ə aid çox sayda sığınacaqları məhv edib.

Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri vaxtaşırı İŞİD və onun fərari ünsürlərinə qarşı əməliyyatlar həyata keçirir. 

Zərifə Nağıyeva