Bir sansar (dələlər fəsiləsinə aid heyvan cinsi - Gəlincik) elektrik yarımstansiyasının transformatorunda naqilləri çeynəyərək Almaniyanın cənubunda 100 minə yaxın insanı işıqsız qoyub.
"Unikal" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd olunur ki, avqustun 19-da səhər saatlarında Lüdviqsburq (95 min nəfər) və Kornvesthaym (30 min nəfər) şəhərlərinin böyük bir hissəsində elektrik enerjisi iki saatdan çox kəsilib . Kommunal işçilərinin sözlərinə görə, sansar elektrik yarımstansiyasının transformatoruna çıxıb və naqilləri zədələyib.