ABŞ ona göstəriş verməsəydi, Ukrayna prezidenti Volodimir Zelenski Kursk bölgəsinə hücum etmək qərarına gəlməzdi.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına şərhində deyib.
"Hər kəsə aydındır ki, Zelenski heç vaxt bunu etmək qərarına gəlməzdi və bu, təbii ki, Zelenskinin indi öyündüyü kimi, bufer zona yaratması və Rusiya dövlətinə ziyan vurması ilə bağlı qərarıdır. Əgər ABŞ ona göstəriş verməsəydi, heç vaxt bu barədə qərar verməzdi", - Rusiya XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu