Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya, Ermənistan və Azərbaycan arasında Qarabağ üzrə üçtərəfli sazişləri sabotaj edir.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına şərhində deyib.
XİN rəhbəri bildirib: "Biz sülh müqaviləsinin tezliklə bağlanmasının və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Ermənistanın Sünik bölgəsindən (Zəngəzur - red.) keçən kommunikasiyalara gəlincə, təəssüf ki, baş nazir Paşinyanın imzaladığı bu sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin mənasının nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır".
Ağarza Elçinoğlu