Ağdaşda minik maşını velosipedçini vuraraq öldürüb.  

"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Göyçay avtomobil yolunda baş verib. Belə ki, "KİA" markalı avtomobil hərəkətdə olan 2002-ci il təvəllüdlü Ağdaş rayon sakini olan velosipedçi İbrahimov Səbuhi Rafiq oğlunu vuraraq öldürüb.
Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Ehtiram Muradov