Qəzza zolağında 2023-cü il oktyabrın 7-də hərbi əməliyyatların başlamasından bəri azı 169 media işçisi ölüb.
“Unikal" xəbər verir ki, bu barədə anklav hakimiyyətinin mətbuat xidməti teleqram kanalında məlumat verib.
Məlumata görə, eskalasiyanın son qurbanı bir sıra ərəb nəşrləri və telekanalları ilə əməkdaşlıq edən fələstinli İbrahim Mərvan Muhareb olub.