Müharibə boyunca biz Böyük Britaniyanın silahlar, siyasət və Ukrayna cəmiyyətinə dəstək sahəsində həqiqi liderlik nümayiş etdirdiyini gördük. Bu, minlərlə insanın həyatını xilas etdi və Böyük Britaniyanın gücünü əks etdirdi. Təəssüf ki, bu proses son zamanlar ləngiyib.

"Unikal" xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” sosial şəbəkə hesabındakı paylaşımında deyib. O, Qərb liderlərinə müraciət edərək Ukraynaya Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli, “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verməyi xahiş edib. O, “Storm Shadow” kimi yüksək texnologiyalı silahların məhdudiyyətsiz istifadə edilməsinə icazə verilməsinin həyati əhəmiyyət kəsb etdiyini də vurğulayıb.