Ermənistan Prokurorluğu keçmiş prezident Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanın, həyat yoldaşının və iki oğlunun 14 əmlakının və 3,5 milyard dramın müsadirə edilməsini tələb edib.
“Unikal” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İctimai Televiziyası məlumat verib.
Qeyd edək ki, sözügedən 14 mülkdən 4-ü İrəvanın mərkəzində, 10-u Kotayk rayonundadır.
Fidan Nuriyeva