Meksikada qadınların işləri üzrə federal nazirlik yaradılır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yeni prezidenti Klaudiya Şeynbaum məlumat yayıb.
Dövlət başçısının sözlərinə görə, fikirləri dərindən təhlil etdikdən sonra o, mövcud Qadın Problemləri İnstitutunun bazasında nazirlik yaratmaq qərarına gəlib. Departamentin rəhbəri senator, dünyanın müxtəlif ölkələrindən solçu fəalları və qadın siyasətçiləri birləşdirən beynəlxalq feminist təşkilat olan "Internacional Feminista"nın təsisçisi Citlali Hernandez Mora olacaq.
Qadın İşləri Nazirliyi oktyabrın 1-dən işə başlayacaq.
Gülayə Mecid