Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya əs-Sinvar Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsini “blef” adlandırıb və bunun yalnız İsrail üçün vaxt gecikdirdiyini iddia edib.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Sinvar hesab edir ki, danışıqların məqsədi İsrailə hərbi planlarını həyata keçirmək imkanı verməkdir. Onun sözlərinə görə, o, İordan çayının qərb sahilindən hücumlar da daxil olmaqla, münaqişənin coğrafiyasını genişləndirməklə Təl-Əvivə təzyiqi artırmaq niyyətindədir.
Xatırladaq ki, ötən həftə Qətər, Misir, ABŞ və İsrailin iştirakı ilə Qəzza zolağında atəşkəslə bağlı danışıqlar Dohada baş tutub. HƏMAS xüsusi atəşkəs şərtlərinin olmadığını əsas gətirərək iştirakdan imtina edib. ABŞ, Qətər və Misir bəyanat yayaraq, təklif edilən atəşkəs razılaşmasının tərəflər arasında fikir ayrılıqlarını azaldacağını bildirib.
Gülayə Mecid