İrəvanın Aİİ-də olması faydalıdır, Moskva ümid edir ki, Ermənistan yalnız investisiyalar və “parlaq gələcək” vəd edən ABŞ və Aİ-yə görə Aİİ-dən imtina etməyəcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib.
"Moskva ilə İrəvan arasında Aİİ çərçivəsində münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Bu, İrəvan üçün faydalıdır və bunu görmək üçün iqtisadiyyat və ya siyasət üzrə mütəxəssis olmağa ehtiyac yoxdur. Ermənistanda iqtisadi artım templəri çox az adamın öyünə biləcəyi təsir edici müsbət dinamika nümayiş etdirməsi ilə bağlıdır", - o qeyd edib.
İrəvanın NATO və Aİ ilə yaxınlaşma istiqamətində tutduğu kursu şərh edən diplomat qeyd edib ki, Ermənistan Qərb ölkələrinin tələsinə düşüb: "Burada bizim tərəfdaşlarımız açıq-aşkar Qərbin tələsinə düşüblər, bu isə onlara investisiyalar, texnologiyalar və parlaq gələcək vəd edib. Belə yanaşma postsovet məkanında artıq dəfələrlə tətbiq olunub və bunun nəticəsinin nə olduğunu hamı çox gözəl bilir".
Ağarza Elçinoğlu