KTMT çərçivəsində Ermənistan qarşısında öhdəliklər dəyişməz olaraq qalır; KTMT və Rusiyadan başqa respublika üçün sabitliyin alternativ təminatçısı yoxdur.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan bildirib.
"Ermənistanın KTMT-nin ümumi işində iştirakına gəlincə, indi İrəvanda üstünlük təşkil edən xətt bu cür qarşılıqlı fəaliyyətdən uzaqlaşmaqdır. KTMT və Rusiyaya alternativ yoxdur, çünki respublikanın sabitliyinin təminatçısı yoxdur. Təşkilat daxilində qarşılıqlı öhdəliklər dəyişməz qalır", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu