"Bəzi postsovet ölkələri Rusiyadan sadəcə “nəyisə almaq” istəyirlər, bunun əvəzində heç nə vermirlər".
"Unikal" xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya 1” telekanalına müsahibəsində deyib.
Lukaşenko vurğulayıb ki, Minsk Rusiya ilə müttəfiqlik münasibətlərini gizlətmir: "Rusiya və Belarus faktiki olaraq eyni qayıqdadır, əgər bu qayıq aşarsa, ikimiz də boğularaq. Biz bəzi postsovet dövlətlərimiz kimi təlaşa başlamırıq: onlar Rusiyadan nəsə almaq istəyirlər, amma əvəzində heç nə vermirlər".
Belarus lideri erməni siyasətini şərh edərkən deyib: Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayacaq və hamı Ermənistanı unudacaq".
Ağarza Elçinoğlu