Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri tarixi olub.
"Unikal" xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Putinin səfəri Rusiyanın regiondakı əsas müttəfiqinin dəyişməsi deməkdir: "Putinin Azərbaycana səfəri niyə tarixi oldu? Çünki bu, Rusiyanın Cənubi Qafqazdakı əsas müttəfiqinin dəyişməsini qeyd edirdi. 30 ildən artıqdır ki, Ermənistan Rusiyanın əsas müttəfiqi olub".
Politoloq qeyd edib ki, hazırda İrəvan buna uyğun olaraq ermənipərəst və antiazərbaycan mövqe tutan Qərbin tərəfinə keçmək qərarına gəlib. Bu baxımdan Moskva və Bakı son üç ildə yaxınlaşmağa başlayıb.
Ağarza Elçinoğlu