Sentyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçiriləcək seçkilərdə şəhid valideynləri deputatlığa namizədliyini irəli sürüb.
"Unikal" xəbər verir ki, evin yeganə övladı olan şəhid leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova 34 saylı Şahbuz şəhər seçki dairəsindən Ali Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəddir.
Şəhid leytenant Məmməd Zamanlının atası Rəhman Zamanov isə 13 saylı Püsyan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.
Qeyd edək ki, 1998-ci il təvəllüdlü Emin Sadiqov 2020-ci il oktyabrın 26-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.
1998-ci il təvəllüdlü Məmməd Zamanlı 2020-ci il sentyabrın 27-də Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.