Rusiya prezidenti Vladimir Putin "Telegram"ın yaradıcısı Pavel Durovla Bakıda görüşməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Putin və Durov eyni vaxtda Bakıda olublar. Putinin Azərbaycana səfərindən bir neçə gün əvvəl prezident administrasiyasının üzvləri ona "Telegram"ın yaradıcısı Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib.
Rusiya Federasiyasının Prezidenti avqustun 18-dən 19-dək Bakıda ikigünlük səfərdə olub.
Gülayə Mecid