Rusiya prezidenti Vladimir Putin Beslan qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib və önündə diz çöküb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Pavle Zarubin "Telegram" kanalında məlumat yayıb.
Qeyd edək ki, 2004-cü il sentyabrın 1-də Rusiyada yeni dərs ilinin ilk günü silahlılar Şimali Osetiyanın Beslan şəhərində yerləşən məktəbə hücum etdilər. Onlar 777-si uşaq olmaqla, 1100-dən çox insanı girov götürdülər. Hücum edən şəxslər rus qoşunlarının Çeçenistandan çıxarılmasını və regionun müstəqilliyinin tanınmasını tələb ediblər. Mühasirənin üçüncü günündə xüsusi təyinatlılar məktəb binasına basqın ediblər. 183-ü uşaq olmaqla 334 girov ölüb.
***13:10
Rusiya prezidenti Vladimir Putin Şimali Qafqaz Federal Dairəsinə işgüzar səfəri çərçivəsində Kabardin-Balkar Respublikasına gedib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
"Putin Azərbaycanda iki günlük dövlət səfərində olduğu Cənubi Qafqaza səfərindən sonra Şimali Qafqaza gəlib. Putin sonuncu dəfə 2019-cu ilin noyabrında Nalçikə səfər edərkən KBR-ə baş çəkib", - qeyd olunub.
Rusiya dövlətinin başçısını səfərdə Kabardin-Balkar Respublikasının rəhbəri Kazbek Kokov, prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka və Rusiya Federasiyasının kənd təsərrüfatı naziri Oksana Lut müşayiət edir.
Ağarza Elçinoğlu