Keniyada 42 qadının qətlində şübhəli bilinən Collins Jumaisi Halusha Nayrobidəki Gigiri polis bölməsindən qaçıb.
"Unikal" xəbər verir ki, bu barədə Keniyanın "Citizen" nəşri məlumat yayıb.
Bildirilir ki, şübhəli məhkəməyə çağırış vərəqəsini gözləyərkən həbsxanadan qaçıb.
Nəşr aydınlaşdırır ki, şübhəli şəxs 2022-ci ildən 2024-cü ilə qədər törətdiyi qətlləri etiraf edərkən məlum olub. Cinayətkarın sözlərinə görə, onun ilk qurbanı həyat yoldaşı olub və onu zibilxanaya atmazdan əvvəl boğub parçalayıb.
Məqalədə polis hesabatına istinad edərək, qatilin qeyri-qanuni immiqrasiyaya görə saxlanılan 12 Eritreyalı ilə birlikdə qaçdığı da qeyd edilib. 13 məhbus istirahət zonasındakı torları kəsərək qaçıb.
Gülayə Mecid