Dünən İranın iki həbsxanasında 8 nəfər edam edilib.
"Unikal" xəbər verir ki, bu barədə hüquq müdafiə təşkilatları məlumat yayıb.
Osloda yerləşən İran insan haqları təşkilatı bildirib ki, İran bu il ən azı 376 nəfəri edam edib.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, bu ilin birinci yarısında edamların sayı azalıb. Prezident seçkiləri zamanı edamlar dayandırıldıqdan sonra onlar yenidən fəaliyyətə başlayıblar.
Amnesty İnternational təşkilatının məlumatına görə, 2023-cü ildə İranda 853 edam icra edilib ki, onlardan ən azı 481-i narkotik istifadəsinə görə olub.
Ağarza Elçinoğlu