Çin Xalq Respublikasının (ÇXR) Dövlət Şurasının Baş naziri Li Qian Rusiyaya rəsmi səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Baş nazirin təyyarəsi “Vnukovo-2” hava limanına enib.
O, Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ilə görüş keçirəcək. Onu Rusiya prezidenti Vladimir Putin də qəbul edəcək.
Baş nazir Mişustinin dəvəti ilə Rusiyaya səfər edir. Səfər çərçivəsində tərəflərin hərtərəfli tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəyi, enerji, avtomobil sənayesi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirəcəyi, həmçinin bir sıra hökumətlərarası və idarələrarası sənədlərin imzalanacağı gözlənilir.
Ağarza Elçinoğlu