Azərbaycanda bir nəfər həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə keçiriləcək seçkilərdə deputatlığa namizədliyini irəli sürüb.
"Unikal"ın məlumatına görə, Nəcəfov Vüqar Hüseyn oğlu 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Milli Məclisə, 13 saylı Püsyan seçki dairəsindən isə Naxçıvan Ali Məclisinə namizəddir.
36 yaşlı V.Nəcəfov Peşəkar S-1 Döyüş Liqasının vitse-prezidentidir. Nəcəfov Yeni Azərbaycan Partiyasın tərəfindən 2 saylı Şərur-Kəngərli seçki dairəsindən namizədliyi irəli sürülmüş VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzovun rəqibidir.
Şəxsin hər iki parlamentə namizəd olmasına gəlincə, Siyavuş Novruzov saytımıza açıqlamasında bildirib ki, qanun buna icazə verir.
Qeyd edək ki, Prezident İlham Əliyev sərəncamına əsasən, bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək.
Anar Kəlbiyev