Rusiya Xarici İşlər Nazirliyi amerikalı jurnalistlərin Kursk bölgəsinə qanunsuz daxil olmasına görə ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holmsa etirazını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məklumat yayıb.
"Avqustun 20-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ-nin Rusiyadakı müvəqqəti işlər vəkili Stefani Holms Kiyev cinayətlərini təbliğ etmək üçün Kursk vilayətinə qanunsuz daxil olmuş amerikalı jurnalistlərin təxribat hərəkətləri ilə bağlı kəskin etirazını bildirib",. diplomatik departamentdən bildirilib.
Gülayə Mecid