İsmayıllı rayonunda yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə qəza zamanı avtomobildə olanlardan bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.