Pakistan "Şahin-II" "Yer-yer" tipli ballistik raketin uğurlu təlim buraxılışını həyata keçirib.

"Unikal"  TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Açıqlamaya görə, həm adi, həm də nüvə başlıqları ilə təchiz oluna bilən raketin buraxılışı dəqiqlik və sağ qalma qabiliyyətini artırmaq məqsədilə qoşunların hazırlanması, müxtəlif texniki parametrlərin və müxtəlif alt sistemlərin effektivliyinin sınaqdan keçirilməsi üçün həyata keçirilib.