Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, rayon sakini 1986-cı il təvəllüdlü Nurlan Hümbətov daxilə keçməyən bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Müşviq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Tural Əhmədov