Sahibkar İlon Mask "X" sosial şəbəkəsində ABŞ-də qarşıdan gələn prezident seçkilərini simulyasiya edən sorğu təşkil edib.
"Unikal" xəbər verir ki, istifadəçilərdən ABŞ prezidentini iki namizəd - Respublikaçı Donald Tramp və Demokrat Partiyasının nümayəndəsi Kamala Harris arasından seçmələri xahiş olunur.
Sorğu 24 saat davam edəcək. Təxminən 1 milyon istifadəçinin səs verdiyi vaxtda eks-prezident 78,7% səslə lider olub, 21,3% Harrisə səs verib.
Gülayə Mecid