Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva, Bryansk, Belqorod, Kaluqa və Kursk vilayətləri üzərində gecə ərzində 45 Ukrayna pilotsuz təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Ötən gecə Kiyev  Rusiya Federasiyası ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı həyata keçirməyə cəhd edib. Hava hücumundan müdafiə sistemləri tərəfindən 45 təyyarə tipli PUA məhv edilib", - Rusiya Hərbi İdarəsi bildirib.

Gülayə Mecid