Livanın "Hizbullah" hərəkatı İsrailin şimalındakı Zarit hərbi kazarmaları ərazisində İsrail əsgərlərini artilleriyadan atəşə tutduğunu bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

"Livan hərəkatı sovet Katyuşa raketlərindən (BM-13) İsrail əsgərlərini atəşə tutub". 

Bu açıqlama İsrailin "YNet News" telekanalının Zaritdə raket hücumları ilə bağlı sirenlər səsləndirməsindən sonra verilib.

"YNet" daha əvvəl "Hizbullah"ın ötən axşam İsrailə təxminən 135 raket atdığını bildirmişdi.