"Kiyevin Kursk bölgəsinə hücumundan sonra Rusiya düşmən tam məğlubiyyətə uğrayana qədər Ukrayna ilə heç bir danışıqlar aparmayacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedev bildirib.
"Neonasistlər Kursk bölgəsində terror aktı törətdikdən sonra hər şey öz yerinə düşdü. Və onlar başa düşsünlər ki, Ukrayna tamamilə məğlub olana qədər heç bir danışıqlar olmayacaq!", - o, qeyd edib.
Gülayə Mecid