Argentina hökuməti ölkəyə gələn bir yük gəmisinin ekipajında meymunçiçəyi virusu əlamətləri müşahidə etdiyi üçün karantinə alıb.
"Unikal" xəbər verir ki, Argentinanın Rosario limanı yaxınlığında lövbər salan gəminin səlahiyyətlilərinə "Hindistan vətəndaşı olan ekipaj üzvünün döş və üzündə kistaya bənzər dəri lezyonları olduğu" bildirilib.
Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada, bu şəxsin digər ekipaj üzvlərindən təcrid edildiyi və ictimai səhiyyə fövqəladə hal protokolunun işə salındığı qeyd olunub.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə meymun çiçəyi virusunu son iki ildə ikinci dəfə qlobal sağlamlıq vəziyyəti elan edib.
Zərifə Nağıyeva