Sentyabrın 1-də Milli Məclis ilə yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də növbədənkənar seçkilər keçiriləcək.
"Unikal"ın məlumatına görə, Naxçıvanda 45 seçki dairəsi üzrə 187 nəfər deputatlığa namizədliyini irəli sürüb.
Bu namizədlər arasında pensiyaçı, işsiz, sahibkar, müəllim və başqa bir neçə peşə sahibi var. Namizədlərdən bir neçə nəfəri isə vəzifəli şəxsdir.
Belə ki, Naxçıvan Müəllimlər İnstitutunun rektoru Novruzov Azad Sevindik oğlu, Naxçıvanın baş nazirinin müavini Məmmədov Bəxtiyar İbrahim oğlu, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlar Şurasının sədri Abdullayev Qəzənfər İsmayıl oğlu, Naxçıvanın Nazirlər Kabinetinin sektor müdiri Bayramov Mübariz Rəcəb oğlu, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Bayramova Ülkər İmamqulu qızı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrin köməkçisi Məmmədov Ramiz Gülməmməd oğlu da deputatlığa namizəddir.
Onlardan Ülkər Bayramova bitərəf, digərləri isə YAP-ın üzvüdür.
Anar Kəlbiyev