Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı müəyyən edilib. 41 nəfər xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilk hadisə avqustun 7-də Araqatsotn vilayətində aşkarlanıb.
"41 xəstədən dördünün vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır", - deyə nazirliyin məlumatında qeyd olunub.
Gülayə Mecid