Bakının Nəsimi rayonu ərazisində oğurluq cinayətləri baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, paytaxt sakini olan bir qadının evindən 1300 manat dəyərində qızıl-zinət əşyaları və nağd pul, 1 ədəd noutbuk, məişət avadanlıqlarının, eləcə də rayon ərazisində yerləşən mağazaların birində ödəmə terminalından 1540 manat və gigiyenik məhsulların oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törətmiş şəxslər - əvvəllər dəfələrlə məhkum olunmuşlar G.Abdullayeva və H.Soltanov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı Nəsimi RPİ-də araşdırmalar davam etdirilir.