Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktorunu öz otağında qətlə yetirməkdə təqsirləndirilən Mirhadı Bağırovun kassasiya şikayətinə baxılıb.
"Unikal"ın verdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə onun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Mirhadı Bağırov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2021-ci ilin oktyabrında Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin binasında baş verib. Aparılmış araşdırmalarla qeyd edilən Mərkəzin baş mühasibi vəzifəsində çalışan 1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1964-cü il təvəllüdlü Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.
Onu da qeyd edək ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.
Seymur Əli