Türkiyənin əsas müxalifət qüvvəsi sayılan Xalq Cümhuriyyət Partiyasının (CHP) lideri Özgür Özel Fələstinə səfər dəvətini qəbul edib.
"Unikal" xəbər verir ki, Xalqların Demokratik Partiyasının (HDP) sədr müavini və sözçüsü Deniz Yücel səfərin dəqiq müddətini açıqlamadan bu barədə müvafiq açıqlama verib.
Xatırladaq ki, avqustun 18-də Fələstin prezidenti Mahmud Abbas telefon danışığı zamanı Özəli Fələstinə dəvət etmişdi.