Rusiyanın Leninqrad vilayətinin Vsevoljsk rayonunda küçədəki dondurucuda 70-ə yaxın meyit aşkarlanıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, Leninqrad İstintaq Komitəsinin rayon şöbəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.
Yoxlama zamanı məlum ki, rayonun Səhiyyə Komissarlığının komissiyası və Məhkəmə Tibbi Ekspertiza Bürosu meyitləri dondurucuya yerləşdiriblər. Meyitlər Toksovo xəstəxanasının ərazisindəki zibil qutularının yaxınlığında yerləşən soyuducu qoşquda olub.
Bildirilir ki, ölən şəxlər kimsəsizdirlər. Bu kateqoriyadan olan ölülər təxminən 2019-cu ildən morqda toplanırmış. Yoxlamadan sonra meyitlərin çoxu basdırılıb.
Gülayə Mecid