İran İsrailə qarşı həm forma, həm də zaman baxımından mümkün qədər gözlənilməz bir zərbə planlaşdıracaq.
"Unikal" İRNA-ya istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.
"Tehranın Təl-Əvivə reaksiyasının vaxtı, şərtləri və xarakteri diqqətlə planlaşdırılacaq ki, o, mümkün qədər gözlənilmədən baş versin",- bəyanatda deyilir.
Diplomatik nümayəndəlik əlavə edib ki, zərbə “həm yerdən, həm də havadan endirilə bilər, lakin hər ikisinin kombinasiyası da mümkündür”.
Gülayə Mecid