Kür çayının Ağstafadan keçən hissəsində batma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov məlumat verib.
Onun sözlərinə görə, çayda batan şəxs rayonun Saloğlu qəsəbə sakini 1981-ci il təvəllüldü Qasımov Yaqub Yavər oğlu.

Meyit sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Tural Əhmədov